Xorvatiya şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakı müzakirə olunub

23 may 2026, 10:45 (UTC+4)
ÖLKƏ
EDITOR
image

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında görüş keçirilib.

Renewables “AzərEnerji”yə istinadən xəbər verir ki, görüşdə iki ölkənin enerji qurumları arasında əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Xorvatiya şirkətlərinin Azərbaycanın enerji sistemində həyata keçirilən layihələrdə iştirakı məsələləri müzakirə olunub.

Renewables.az