Yanvar ayında elektrik enerjisi istehsalı artıb

16 fevral 2022, 20:37 (UTC+4)
ÖLKƏ
EDITOR
image
2022-ci ilin yanvar ayında Azərbaycanda 2406,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 8,1 % çoxdur. "Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 2340,0 mln. kVt-saat təşkil edib. Bu da ötən ilin müvafiq ayına nisbətən 8,6 % çoxdur. Qeyd edək ki, ötən il Azərbaycanda külək elektrik stansiyaları 6,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq ayına nisbətən 25,6 faiz azdır. Günəş elektrik stansiyaları isə 3,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq ayına nisbətən 60 faiz çoxdur. Su elektrik stansiyalarının istehsalı 75,3 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq ayına nisbətən 0,4 faiz çoxdur.