“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində layihənin riskləri, sığorta mexanizmləri və maliyyələşdirilə bilmə imkanlarına həsr olunmuş panel sessiyası keçirilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.
“Marsh McLennan” şirkətinin enerji sahəsi üzrə baş vitse-prezidenti Stuart Broadun moderatorluğu ilə təşkil edilən sessiyada “Straife” şirkətinin idarəedici direktoru Metyu Brayza, “Qala Sığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini Taleh Yunsurov, “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü və baş risk direktoru Nicat Rəsulov və “KPMG” şirkətinin direktor müavini Irsen Pak iştirak ediblər.
Sessiyada genişmiqyaslı transsərhəd enerji infrastrukturu layihələrinin həyata keçirilməsi zamanı yarana biləcək risklər, onların layihə iştirakçıları arasında bölüşdürülməsi, sığorta həlləri və beynəlxalq kreditorların tələbləri müzakirə olunub. Sessiyada dəhlizin gələcək maliyyələşdirilməsi və investisiya qərarının qəbul edilməsi üçün risklərin idarə olunması və sığorta təminatının əhəmiyyəti qeyd olunub.