Renewables.az bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.
“Deloitte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimovun moderatorluğu ilə keçirilən sessiyada “MVM” şirkətinin müşaviri Atilla Bally, “Transelectrica” şirkətinin korporativ maliyyə üzrə rəhbəri Florin Stanciu, “Masdar” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov, “ACWA Power” şirkətinin idarəedici direktoru Uygar Durgunay və “PowerChina” şirkətinin Avrasiya regionu üzrə baş direktor müavini Tan Xiaofeng iştirak ediblər.
Sessiyada Xəzər regionunda istehsal olunacaq bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılması və satışı üzrə kommersiya imkanları müzakirə olunub. Əsas diqqət uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin (PPA) tətbiqinə, potensial alıcıların müəyyənləşdirilməsinə, bazar tələbinə, sərhədlərarası elektrik enerjisi ticarətinə və layihənin kommersiya perspektivlərinə yönəldilib. Bərpa olunan enerji istehsalçıları, elektrik enerjisi təchizatçıları, treyderlər və korporativ alıcılar arasında əməkdaşlıq mexanizmləri, habelə enerji ixracının uzunmüddətli kommersiya əsaslarının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.