“Yaşıl Enerji Dəhlizi”nin biznes modeli və investisiya imkanları müzakirə olunub

22 Oktyabr 2026, 11:59 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Energetika Nazirliyi

“Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində layihənin biznes modeli və investisiya imkanlarına həsr olunmuş panel sessiyası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.

“CESI” şirkətinin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meolanın moderatorluğu ilə keçirilən sessiyada “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev, “Xlinks” şirkətinin baş icraçı direktoru James Humfrey, “Zhero” şirkətinin idarəedici direktoru Michele Vadora və AFRY-DNV Global şirkətinin regional meneceri Mohammed Atif iştirak ediblər.

Sessiyada “Yaşıl Enerji Dəhlizi”nin təklif olunan kommersiya modeli, layihənin idarəetmə strukturu, mülkiyyət və iştirakçılıq mexanizmləri, inkişaf yol xəritəsi, eləcə də strateji investorların kapitalda iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə irimiqyaslı enerji infrastrukturu layihələrinin reallaşdırılmasında özəl sektorun roluna, investisiya cəlbediciliyinin artırılmasına və uzunmüddətli kommersiya dayanıqlığının təmin edilməsinə xüsusi diqqət yetirilib.

Renewables.az
1 / 3