“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyalarında (KSES) fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək 54,9 milyon kVt/saat həcmində elektrik enerjisi istehsal olunub.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 milyon kVt/saat, “Şayıflı” KSES-də isə 29,8 milyon kVt/saat”, – qurumun paylaşımında qeyd olunub.