Layihə rəhbəri (Texniki müdir)
"Kaspian Teknologi Saplay" MMC • Tam ştat

Təsvir

  • Texniki şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək və iş prosesini tənzimləmək;
  • Cavabdeh olduğu 4 HES üzrə istehsalatın təqibini aparmaq, su sərfi-istehsalat (debi-üretim) analizlərini həyata keçirmək;
  • Hidroelektrik stansiyalarındakı su turbinlərinin, generatorların və bütün əlaqədar hidromexaniki/elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli istismarını təmin etmək;
  • Avadanlıqların vaxtlı-vaxtında profilaktik baxışını, diaqnostikasını, dövri texniki xidmətini və illik dayanma (duruş) planlarını hazırlamaq, icrasına nəzarət etmək;
  • Yarana biləcək texniki nasazlıqlara və qəza hallarına operativ şəkildə müdaxilə olunmasına rəhbərlik etmək;
  • Ehtiyat hissələrinin planlaşdırılmasını təşkil etmək, həmçinin operator və teknisyenlərdən ibarət sahə komandasının işini koordine və idarə etmək;
  • Azərbaycandakı enerji şəbəkəsi, müvafiq dövlət/enerji qurumları və yerli icra hakimiyyəti orqanları ilə lazımi işgüzar kommunikasiyanı qurmaq;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi (SƏTƏM) və yüksək gərginlikli obyektlərdə təhlükəsiz iş qaydalarına qeyd-şərtsiz əməl olunmasını təmin etmək;
  • Görülmüş işlər, avadanlıqların texniki vəziyyəti və enerji istehsalı göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.

Tələblər

Təhsil: Ali mühəndislik təhsili ( Elektrik, Elektrik-Elektronika və ya Mexanika mühəndisliyi üzrə); 

İş təcrübəsi: Kiçik HES-lərin, enerji santrallarının istismar-baxım sahəsində və ya yüksək gərginlikli obyektlərdə ən az 5 il, tərcihən 8 ildən yuxarı peşəkar təcrübə (Rəhbər vəzifələrdə azı 3 il təcrübə); 

Texniki biliklər: Turbin, generator, qovernor (tənzimləyici), eksitasiya (təsir qıcıqlanma) sistemləri, transformatorlar, OG/YG (orta və yüksək gərginlik) şalt sistemləri, rele mühafizəsi, SCADA, requlyator, cebri boru (təzyiqli su borusu) və köməkçi təsisatlar barədə mükəmməl sahə/praktiki biliklər;

Dil bilikləri: Aidiyyatı yerli qurumlar və komanda ilə rahat ünsiyyət saxlaya biləcək səviyyədə Azərbaycan, Türk və İngilis dillərində kommunikasiya bacarığı;

Şəxsi keyfiyyətlər: Dağlıq sahə və çətin relyef şəraitində işləyə bilən, iş təhlükəsizliyi qaydalarına hakim, praktiki, məsuliyyət ala bilən və liderlik keyfiyyətlərinə sahib profil.

İş rejimi Tam ştat
Təcrübə 3 ildən artıq
Əmək haqqı Razılaşma yolu ilə

Müraciət üçün əlaqə

a.hasanova@caspiantechnology.org