"Vestas" dünyanın ən hündür və güclü külək turbininin prototipini istehsal edib

26 avqust 2022, 20:22 (UTC+4)
KÜLƏK
EDITOR
image
Danimarkanın külək turbini istehsalçısı "Vestas" şirkəti 15 MVt-lıq külək turbininin prototipini istehsal edib. "Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, turbin ildə 80 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. 280 metr hündürlüyündə dirəyə quraşdırılacaq prototip dünyanın ən hündür və güclü turbini olacaq. V236-15.0 MW™ prototipi bu ilin ikinci yarısında sınaq üçün Danimarkanın Qərbi Yutlandiya sahillərindəki Osterild milli sınaq mərkəzində quraşdırılacaq.

OXŞAR XƏBƏRLƏR