"Xudafərin" və "Qız Qalası" SES-lərin istismara veriləcəyi vaxt bəlli olub

23 iyun 2022, 01:08 (UTC+4)
HİDRO
EDITOR
image
"Xudafərin" və "Qız Qalası" Su Elektrik Stansiyaları (SES) 2025-ci ildə istismara veriləcək. "Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, "Azərenerji" ASC və Energetika Nazirliyi, "Xudafərin" və "Qız Qalası" SES-lərin tikintisi üzrə 2022-2025-ci illərdə stansiyaların tikintisinin davam etdirilməsi və stansiyaların istismara verilməsini təmin etməlidir.

OXŞAR XƏBƏRLƏR