
İƏT-in energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
24 iyun 2021,
23:21 (UTC+4)
AZƏRBAYCAN
Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib.
Bu barədə "Berpaolunanenerji.az"a nazirlikdən məlumat verilib.
Videokonfransda təşkilatın üzv ölkələri-İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib. İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov çıxışında hazırda həyata keçirilən və planlaşdırılan layihələrin, elektroenergetika sektorunda aparılan islahatların İƏT “Regional Elektrik Enerjisi Bazarı”nın yaradılması prosesinə dəstəyinə və yeni əməkdaşlıq perspektivlərinə dair məsələlərə də toxunub. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İƏT çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə, təxminən, 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İƏT daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır.”