Baku TV-nin “COP BAKU” proqramın yeni buraxılışında Ağdamın Kəngərli və Xıdırlı kəndlərinin günəş panelləri ilə təmin olunmasından bəhs olunub.
Bildirilib ki, layihələndirilən ərazisi 177 hektar təşkil edən Kəngərli kəndində inşa edilən 292 fərdi evin hər birində günəş paneli quraşdırılıb və elektrik enerjisi təminatı məhz bu yolla təmin ediləcək. Həmçinin qeyd edilib ki, Xıdırlıda isə 719 evin inşası artıq başa çatıb və evlərin hər birinin enerjisi isə günəşdən əldə olunacaq. Bunun üçün panellərin evlərin damında quraşdırılması prosesi artıq yekunlaşıb.
O da vurğulanıb ki, evlərinin ekoloji təmiz enerji ilə işıqlanması sakinlərin də ürəyincədir.