Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının sərəncamında dəyişiklik edilib
AZƏRBAYCAN
-
17.07.2023 16:20 (UTC+04:00)
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında dəyişiklik edilib.
Renewables.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.