AREA-nın əməkdaşlarına “MDB-nin əməkdar energetiki” medalları təqdim olunub
AZƏRBAYCAN
-
05.07.2023 11:25 (UTC+04:00)
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) əməkdaşlarına “MDB-nin əməkdar energetiki” vəsiqə və medalları təqdim olunub.
Renewables.az AREA-ya istinadla xəbər verir ki, direktor müavini Aygün Zeynalova ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatlar, bərpa olunan enerjinin inkişafı sahəsində atılan addımlar barədə danışıb.
AREA-nın Layihələrlə iş və hüquq şöbəsinin müdir müavini Cəbrayıl Əliyev, Kadr və kargüzarlıq sektorunun müdiri Zibeydə Süleymanlı və AREA-nın tabeliyindəki “Azalternativenerji” MMC-nin sədri Madar Quliyev “MDB-nin əməkdar energetiki” fəxri adları və medalları ilə təltif olunublar.
Aygün Zeynalova əməkdaşları fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.