Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji platforması” yaradacaq

21 noyabr 2023, 18:04 (UTC+4)
ÖLKƏ
EDITOR
image

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

Renewables.az-ın Energetika Nazirliyinə istinadən xəbərinə görə, “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.