Azərbaycan su enerjisi istehsalını artırıb
19 iyun 2022,
19:37 (UTC+4)
HİDRO
2022-ci ilin yanvar-may aylarında Azərbaycanda su elektrik stansiyalarından 747,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
"Berpaolunanenerji.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, bu istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4 % çoxdur.