Azərbaycanda külək enerjisi istehsalı kəskin azalıb
16 aprel 2022,
02:35 (UTC+4)
KÜLƏK
2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda külək elektrik stansiyalarından 12,2 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
"Berpaolunanenerji.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, külək enerjisi istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,7 % azdır.