Azərbaycanda SES-lər elektrik enerjisi istehsalını artırıb
17 mart 2022,
17:08 (UTC+4)
HİDRO
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyard 607,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bunun 146 milyon kVt-saatı su elektrik stansiyalarının istehsalı olub.
Bu barədə "Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 % çoxdur.