Azərbaycanda SES-lər elektrik enerjisi istehsalını artırıb
21 may 2022,
00:38 (UTC+4)
HİDRO
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda su elektrik stansiyalarından 478,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
"Berpaolunanenerji.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, bu istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,9 % çoxdur.