Azərbaycanla Qırğızıstan arasında bərpaolunan enerji mənbələri sahəsinin inkişafı perspektivləri müzakirə edilib
AZƏRBAYCAN
-
26.07.2023 13:30 (UTC+04:00)
Çolpon-Ata şəhərində Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
Renewables.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda tərəflər bərpaolunan enerji mənbələri və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.