Azərbaycan 116 ədəd külək qurğuları idxal edib, onlardan 112-si Çindən gətirilib

AZƏRBAYCAN
KÜLƏK

image

Azərbaycan 2025-ci ilin yanvar-iyul aylarında 116 ədəd külək enerjisi ilə işləyən elektrogenerator qurğuları idxal edib.

Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, qurğuların ümumi qiyməti 72 milyon 189,83 min ABŞ dolları təşkil edib.

Məlumatlara görə, külək qurğularının 112 ədədi Çindən (71 milyon 919,79 min ABŞ dolları), 2 ədədi ABŞ-dən (157,13 min ABŞ dolları), 2 ədədi isə Türkiyədən (112,9 min ABŞ dolları) alınıb. Həmçinin 11,99 min ABŞ dolları dəyərində 1 ədəd külək qurğusu ABŞ-yə ixrac olunub.

Renewables.az


OXŞAR XƏBƏRLƏR