Azərbaycan enerji transformasiyası və dayanıqlı iqtisadi fəaliyyətə keçid sahəsində ölkənin təcrübəsini Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgi və konfransında bölüşüb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərimiz çərçivəsində ADIPEC Sərgisi və Konfransının açılış mərasimində iştirak etdik. Neft və qaz sənayesindəki müasir texnologiyaların və innovativ həllərin nümayiş edildiyi bu tədbirdə energetika sahəsində yenilikləri, rəqəmsallaşma və bərpa olunan enerji strategiyalarını izlədik", - nazir qeyd edib.
