Azərbaycan "Masdar" şirkəti ilə yaşıl enerji zonalarında əməkdaşlıq edəcək

16 sentyabr 2025, 19:55 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Memorandum sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı imzalanıb. 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

Renewables.az

OXŞAR XƏBƏRLƏR