Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüş keçirib.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb.
Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib.
Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.
