Azərbaycanın bərpa olunan enerji istehsalı 2 dəfədən çox artıb

AZƏRBAYCAN

image

Bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 2,5 dəfəyə yaxın artıb.

Dövlət Statistika Komitəsinin dərc etdiyi “Azərbaycanın energetikası” statistik məcmuəsinə görə, 2020-ci ildə bu göstərici 5,5 % təşkil etmişdisə 2024-cü ildə bu rəqəm 13,5 %-ə yüksəlib.

Məlumata görə, 2021-ci ildə bərpa olunan enerji istehsalı 5,8 %, 2022-ci ildə 6,7 %, 2023-cü ildə isə 7,2 % olub.

Həmçinin bərpa olunan mənbələrdən enerji təchizatının ümumi enerji təchizatında payı 2024-cü ildə 2,2 % faiz olub. Mənbələr üzrə nəzər yetirdikdə, hidroenerji üzrə 1,4 %; biokütlə üzrə 0,5 %; günəş enerjisi üzrə isə bu göstərici 0,3 % təşkil edib.

Nəşrdə elektrik stansiyalarının qoyuluş gücü və elektrik enerjisi istehsalı üzrə göstəricilər də qeyd olunub. Rəsmi nəşrə görə, bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi mənbələrinin qoyuluş gücündə payı 20,2 % olub.

Statistik məcmuədə 2020-2024-cü illər üzrə ölkənin milli enerji balansı əhatə olunmaqla enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilib.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR