"Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi" təqdim edilib

AZƏRBAYCAN

image

"Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi" sənədi təqdim edilib.

Renewables xəbər verir ki sənəd "Bakı Enerji Həftəsi" çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Respublikası Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu"nda təqdim edilib.

Bildirilir ki, yol xəritəsi Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirir.

İcrası bir ildən artıq müddətdə aparılan layihə çərçivəsində ərsəyə gələn bu sənəd Azərbaycan Respublikasının Energetika Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) sıx əməkdaşlığı ilə hazırlanıb. Sözügedən Yol Xəritəsində Azərbaycanın enerji sahəsindəki mövcud vəziyyəti təhlil edilir, gələcək imkan və çağırışlar müəyyənləşdirilir, eyni zamanda ölkənin daha dayanıqlı enerji sisteminə keçidini sürətləndirmək üçün prioritet addımlar göstərilir. Sənədin hazırlanması prosesində dövlət qurumları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər yaxından iştirak edib. Bu tərəfdaşlıq nəticəsində ölkənin enerji sektorunun inkişaf perspektivlərini əhatə edən geniş təhlil aparılıb və gələcək siyasət istiqamətləri müəyyənləşdirilib.



OXŞAR XƏBƏRLƏR