Azərbaycan, Qazaxıstan və Özbəkistan "Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafını müzakirə edib

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

"UEW 2026" Beynəlxalq Enerji Forumu çərçivəsində Daşkənd şəhərində Azərbaycan, Qazaxıstan, Özbəkistanın enerji qurumlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib. Forumda Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib.

Renewables Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl" enerjinin istehsalı və ötürülməsinin inkişafına yönəlmiş "Yaşıl Enerji Dəhlizi" layihəsinin icra vəziyyətini müzakirə ediblər.

Görüş iştirakçıları enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün yeni elektrik verilişi xəttlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüş iştirakçıları həmçinin layihənin gələcək irəliləyişində və transregional "yaşıl enerji" dəhlizinin inkişafı üzrə birgə fəaliyyətlərin koordinasiyasının davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Renewables.az


OXŞAR XƏBƏRLƏR