Azərbaycan startapı yeni tipli, şaquli oxlu külək turbini təklif edir

AZƏRBAYCAN
KÜLƏK

image

Azərbaycanın startap layihəsi "Kuleko" şaquli oxlu külək turbinidir və onun unikal dizaynı və texnologiyası mövcud bazardakı məhsullardan fərqlənərək turbinləri daha sərfəli, asan təmir olunan və aşağı start sürətinə malik edir.

"Kuleko" MMC-dən Renewables.az-a bildirilib ki, külək turbinlərinin başqa bir özəlliyi əlavə panellərin mövcudluğudur. Bu panellər kinetik enerjinin sabit qalmasına imkan yaradır və fırlanma prosesinin başlanması üçün daha az külək sürəti tələb edir.

"Kuleko" turbinlərinin tətbiq sahəsi çox genişdir və müxtəlif məqsədlər üçün istifadə oluna bilər: giriş nöqtələrinin enerji təminatı, hibrid enerji komplekslərinin inşası, mini elektrik stansiyalarının qurulması, fərdi ev təsərrüfatları üçün istifadə, istixanalar, kənd təsərrüfatı və sair. Unikal dizaynı sayəsində bu turbinlər istənilən landşaftda və damlarda quraşdırıla bilər. O cümlədən əkin üçün yararlı sahələr, çoxmərtəbəli və kiçik binaların damları və s. Eyni zamanda "Kuleko"nun unikal dizaynı əlavə panellər vasitəsilə quşların ölüm riskini minimuma endirir.

Yeni külək qurğusu ənənəvi külək generatorlarından üfiqi oxlu olması və xüsusi stasionar panellərə (patent də bu panellərə alınıb) malik olduğu ilə fərqlənir. Belə ki, klassik şaquli oxlu külək generatorları “ventelyatora” oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni "küləyi tapmalıdır". Nəticədə belə generatorlar küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malik olmalıdır.

Yeni qurğu isə tamamilə fərqlidir və üfiqi şəkildə – yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur. Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hazırda 2,5x2,5 metr minimal işlək modeli üzərində işlər gedir.

"Kuleko"nun iki modifikasiyası var – akkumulyatorla (off-grid) və akkumulyatorsuz (on-grid). Akkumlyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur.

Azərbaycan mənşəli bərpa olunan enerji startapı olaraq ilk prototipini sınaqdan keçirib, Azərbaycan Respublikasının Dövlət Əqli Mülkiyyət Hüquqları Agentliyindən patent əldə edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsinin qalibi olunduqdan sonra alınmış qrant əsasında MVP, yəni minimal işlək məhsul hazırlanmışdır. Hal-hazırda külək turbini əlavə effektivlik və dözümlülük testlərdən keçməkdədir.

Verilən məlumatda qeyd olunur ki, ilkin mərhələlərdə şirkətin əsas biznes diqqəti külək turbinlərinin istehsalı və satışına yönəlib. Bunun üçün müvafiq testlərin müsbət (bura həm effektivlik həm dizayn, həm də aerodinamik göstəricilər daxildir) tamamlanması və əlavə maliyyənin cəlb olunması önəmlidir. Qurğuların neft platformalarda yerləşdirilməsi məqsədəuyğun ola bilər.

Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR