Azərbaycan və ABŞ həm ikitərəfli əsasda, həm də üçüncü ölkələrlə tərəfdaşlıq çərçivəsində neft, qaz və elektroenergetika sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.
"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər." , - Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.
