Azərbaycan və ADB "yaşıl" enerji layihələrinin inkişafını müzakirə edib

AZƏRBAYCAN

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Filippinin Manila şəhərində Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan Asiya Təmiz Enerji Forumunda iştirak edib.

BOEMDA-dan Renewables-a verilən məlumata görə, tədbir çərçivəsində 9 iyun tarixində AİB-in baş ofisində bankın Şərqi, Mərkəzi və Qərbi Asiya regionları üzrə enerji direktoru Joonho Hwang və inkişaf etməkdə olan sahələr üzrə direktoru Cindy Tiangco ilə işgüzar görüş keçirilib.

Görüşdə ADB-nin dəstəyi ilə Azərbaycanda həyata keçirilən enerji layihələrinin, o cümlədən ADB tərəfindən həmmaliyyələşdirilən "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi" layihəsinin Texniki İqtisadi Əsaslandırmasının hazırlanmasına dair müzakirələr aparılıb.

Bununla yanaşı, enerji sektorunda gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər istiqamətlər, eləcə də qarşıdakı mərhələlər və fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb.



OXŞAR XƏBƏRLƏR