Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüşüb.
Renewables.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsi, dənizdə 3,5 GVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq", - nazir qeyd edib.
Energetika Nazirliyinin görüşlə bağlı yaydığı məlumata görə, söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
In #Vienna, we held a productive meeting with Prince Abdulaziz bin Salman Al Saud, Minister of Energy of the Kingdom of #SaudiArabia (@MoEnergy_Saudi). During the meeting, we discussed key issues on the bilateral #energy agenda, including the meeting of the… pic.twitter.com/Fx2DBykAPW
— Parviz Shahbazov (@ParvizShahbazov) July 10, 2025