Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini cənab Ciyong Zou ilə ikitərəfli görüş keçirib.
BOEMDA-dan verilən məlumata görə, görüşdə davamlı, səmərəli və ekoloji baxımdan təmiz enerji sistemlərinin inkişafı sahəsində müzakirələr aparılıb.
Görüş BOEMDA direktorunun Avstriya Respublikasının Vyana şəhərində baş tutacaq Beynəlxalq Enerji və İqlim Forumunda iştirakı ilə bağlı səfər çərçivəsində baş tutub.
