Azərbaycan və Özbəkistan energetika nazirlərinin görüşü olub

AZƏRBAYCAN

image

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib.

Görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib. Bu məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.

Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparılıb.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR