Azərbaycanda aktiv istehlakçıların şəbəkəyə qoşduğu qurğuların gücü açıqlanıb

AZƏRBAYCAN

image

Azərbaycanda aktiv istehlakçı kimi qeydiyyata alınmış və şəbəkəyə qoşulmuş qurğuların ümumi gücü açıqlanıb.

Energetika Nazirliyinin məlumatına görə, bu göstərici təqribən 600 kVt təşkil edir.

Bildirilir ki, aktiv istehlakçılar evlərində və ya müəssisələrində günəş panelləri, kiçik külək turbinləri və digər bərpa olunan enerji qurğuları quraşdıraraq elektrik enerjisi istehsal və istehlak edə bilərlər. İstehsal etdikləri enerjinin artıq qalan hissəsini elektrik şəbəkəsinə ötürə, ehtiyac yarandıqda isə elektrik enerjisini yenidən şəbəkədən ala bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilib və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddi (150 kVt-a qədər) müəyyən edilib.



OXŞAR XƏBƏRLƏR