Azərbaycanda dənizdə külək enerjisinin inkişafı ilə bağlı “Caspian Breeze” Konsorsiumu yaradılıb

AZƏRBAYCAN
KÜLƏK

image

Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” (Abu Dhabi Future Energy Company PJSC) və Azərbaycanın “SOCAR Green” şirkətləri “Caspian Breeze” Konsorsiumu yaradıb.

“Caspian Breeze” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavat gücündə külək layihələrini inkişaf etdirmək məqsədilə yaradılıb.

Xatırladaq ki, COP29 çərçivəsində tərəflər arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



OXŞAR XƏBƏRLƏR