Azərbaycanda günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb

AZƏRBAYCAN
GÜNƏŞ

image

Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik", - deyə dövlət başçısı qeyd edib.



OXŞAR XƏBƏRLƏR