21 iyun tarixində bərpa olunan enerji sahəsində mühüm nəticə əldə olunub.
Renewables Energetika Nazirliyinə istinadən xəbər verir ki, günəş və külək elektrik stansiyalarında ümumilikdə 8,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ölkə üzrə 69 milyon kVt-saat həcmində ümumi elektrik istehsalının 12,3 faizini təşkil edib.
Bu göstəricilər bərpa olunan enerji mənbələrinin enerji balansında artan rolunu bir daha təsdiqləyir.
