Azərbaycanda yaşıl enerji layihələrinə yatırılan investisiyaların həcmi açıqlanıb

AZƏRBAYCAN

image

Azərbaycanda yaşıl enerji layihələrinə yatırılan investisiyaların həcmi açıqlanıb.

AZTV Xəbərdə yayımlanan sujetdə qeyd olunub ki, ölkəmizdə yaşıl enerji layihələrinə yatırılan ümumi investisiyalar 3,5 milyard ABŞ dolları olub.

Bu rəqəm 2015-ci ildə 0,5 milyard ABŞ dolları, 2018-ci ildə 0,8 milyard ABŞ dolları, 2020-ci ildə 1,2 milyard ABŞ dolları, 2022-ci ildə 2 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə bu rəqəm 3,5 milyard ABŞ dollarına çatıb.

Bildirilib ki, son 10 ildə Azərbaycanın bərpa olunan enerji üzrə gücü təxminən 2 dəfə artaraq 2 000 MVt-ı ötüb.



OXŞAR XƏBƏRLƏR