Azərbaycanın “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, həmkarları ilə “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: Prioritetlər və çağırışlar” adlı tədbir çərçivəsində "Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar" mövzusunda keçirilən paneldə iştirak edib.
Paneldə iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev də iştirak ediblər.
Together with our colleagues, we participated in the panel titled “Sustainable Development Perspectives: #Economic and #Climate Diplomacy, #Energy Security and Connections.”
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 7, 2025
The discussions focused on #Azerbaijan’s strategic role in international energy, transport, and #trade… pic.twitter.com/isZWud90Ox