Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla təkliflər hazırlanacaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzalanan fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əks olunub.
Sənədə əsasən, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyinin təhlili, beynəlxalq təcrübənin araşdırılması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bununla bağlı, icraçı orqanlar (qurumlar) arasında Energetika Nazirliyi də yer alıb.
