“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti yeni kiçik su elektrik stansiyalarının (KSES) tikintisi ilə bağlı tenderlər elan edib.
İlk tender Kəlbəcər şəhəri və Qubadlı rayonunun Eyvazlı kəndində yerləşəcək KSES-lərin tikintisini və onların enerji sisteminə inteqrasiyasını əhatə edir. Bu layihələrin ehtimal olunan qiyməti 36.957.458,12 AZN təşkil edir.
İkinci tender Laçın rayonunun Qoşasu, Seyidlər və Bülövlü kəndlərində yerləşəcək KSES-lərin tikintisini əhatə edir. Bu layihələrin ehtimal olunan qiyməti isə 55.167.900,00 AZN olaraq göstərilib.