Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş imzalanıb.
Prezidentin Mətbuat xidmətinin məlumatına görə, imzalanma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə baş tutub.
Sazişi Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili imzalayıb.
