“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə BƏƏ-nin “Masdar” şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Görüşdə ümumi qoyuluş gücü 1000 MVt olan günəş və külək elektrik stansiyaları (445 MVt Biləsuvar və 315 MVt Neftçala (Bankə) günəş elektrik stansiyaları və 240 MVt "Abşeron-Qaradağ" Külək Elektrik Stansiyası) layihələri ilə əlaqədar müzakirələr aparılıb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda da fikir mübadiləsi edilib.