Azərbaycan-Türkiyə V Enerji Forumunun Protokolu imzalanıb

11 sentyabr 2026, 16:41 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Azərbaycanın Energetika Nazirliyi

Azərbaycan-Türkiyə V Enerji Forumunun Protokolu imzalanıb.

Renewables.az-ın xəbərinə görə, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.

Qeyd edək ki, Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilir.

Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılır. Forumun sonunda mətbuat üçün brifinqin təşkil edilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb.

İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir şəhərində keçirilib.

Renewables.az