Azərbaycan və BƏƏ Naxçıvanda 100 MVt-lıq "fasiləsiz" bərpaolunan enerji layihəsini inkişaf etdirəcək

15 sentyabr 2026, 22:06 (UTC+4)
ÖLKƏ YAŞIL ENERJİ ZONASI
EDITOR
image
Foto: Qaradağ GES

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti və "Azerbaijan Green Energy Company" (AGEC) Naxçıvanda 100 MVt-lıq "fasiləsiz" bərpaolunan enerji layihəsini inkişaf etdirəcək.

Renewables.az xəbər verir ki, bu barədə "Masdar" məlumat yayıb.

Bildirilib ki, layihə “Masdar”ın Əbu-Dabidə həyata keçirdiyi və 6,1 milyard ABŞ dolları dəyərində dünyanın ilk nəhəng miqyaslı 24/7 bərpaolunan enerji layihəsinin inkişafı üzrə qabaqcıl təcrübəsinə əsaslanacaq.

“Masdar”ın Baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi bildirib: "Qaradağ layihəsi “Masdar” üçün Azərbaycanda möhkəm təməl yaradıb və AGEC ilə Saziş sutka ərzində fasiləsiz bərpaolunan enerji istehsalını araşdırmaqla bu təcrübəni daha da inkişaf etdirmək imkanı yaradır".

AGEC İcraçı Direktorlar Şurasının sədr müavini Xəyalə Nağıyeva bildirib: "Naxçıvanda sutka ərzində fasiləsiz bərpaolunan enerji istehsalının araşdırılması Azərbaycan üçün daha dayanıqlı enerji həllərinin hazırlanması istiqamətində mühüm addımdır".

Xatırladaq ki, sentyabrın 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə və BƏƏ-nin Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanla görüşü çərçivəsində  "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti ilə AGEC şirkəti arasında "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə əməkdaşlıq Sazişi" imzalanıb. Sənədi AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir imzalayıblar.

Renewables.az