Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilən “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” adlı Texniki Yardım layihəsinin icrasına cəlb olunmuş məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.
Renewables.az-a EMTA-dan bildirilib ki, görüş zamanı qeyd olunan layihənin perspektivləri, texniki tapşırıqlara dair hədəflər, məqsədlər və gözlənilən nəticələr üzrə məsləhətləşmələr aparılıb.
Tərəflər, həmçinin layihə çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.
