Bakıda yerləşən peşə məktəbində günəş panelləri ilə təchiz olunmuş avtomobil dayanacağı qurulub. Dayanacaqda 11 kVt gücündə günəş panelləri və 7 kVt elektrik doldurma aparatı quraşdırılıb.
Tamamilə alüminium konstruksiyadan hazırlanmış dayanacaq 3 avtomobil üçün nəzərdə tutulub və eyni zamanda təmiz enerji istehsal edir.
Bu layihə “Provitaz” MMC tərəfindən pilot layihə olaraq həyata keçirilib və məktəbə hədiyyə edilib.
Yeni avtopark həm təhsil müəssisəsində ekoloji təmiz enerji istifadəsini təşviq edir, həm də şagirdlər üçün praktik təcrübə imkanları yaradır.
                                 
                
                                 
                
                        
  