Biləsuvar və Neftçala günəş elektrik stansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.
Bunu Trend-ə özəl müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru Murad Sadıxov bildirib.
“Masdar və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar (445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrik stansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240 meqavatt)”, – deyə o bildirib.
“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC) üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatları tamamlayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar və Neftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına və elektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağı planlaşdırılır.