Birinci yarımildə respublikada elektrik enerjisi istehsalı 2,8 faiz artıb
AZƏRBAYCAN
-
13.07.2023 17:27 (UTC+04:00)
2023-cü ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt-saat, yəni 2,8% artaraq 13 907,9 mln. kVt-saat olub.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt-saat, SES-lərdə 891,0 mln. kVt-saat, digər mənbələr üzrə isə 190,8 mln. kVt-saat təşkil edib.
2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt-saat, idxalı isə 137,5 mln. kVt-saat olub.
Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2021,4 mln. kVt-saat olub. İyun ayında elektrik enerjisinin idxalı 87,2 mln. kVt-saat, ixrac isə 11,6 mln. kVt-saat təşkil edib.