BMT Baş katibinin sabiq müşaviri: Azərbaycanın bərpaolunan enerji potensialı strateji əhəmiyyət qazanır

AZƏRBAYCAN

image

Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə yaşıl enerji və yaşıl hidrogen ixracı vasitəsilə mütləq töhfə verə bilər. 

Bunu AZƏRTAC-a müsahibəsində BMT Baş Katibinin Dayanıqlı İnkişaf Hədəfləri üzrə sabiq müşaviri Cefri Saks deyib.

O qeyd edib ki, Avropa İttifaqı karbonsuzlaşdırma və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylərini artırdıqca, Azərbaycanın bərpaolunan enerji sahəsində potensialı strateji əhəmiyyət qazanır: "Ölkənin günəş və külək resurslarına çıxışı, mövcud enerji infrastrukturu və ixrac dəhlizləri ilə birlikdə Avropanın təmiz enerjiyə artan tələbatını ödəməkdə əlverişli mövqe tutmasına imkan verir. Azərbaycan bərpaolunan enerji və hidrogen istehsalı sahəsində irimiqyaslı layihələrə investisiya qoymaqla etibarlı və davamlı enerji tərəfdaşı ola bilər.

Bundan əlavə, regional əməkdaşlıq və Avropa texniki standartlarına uyğunluq inteqrasiyanı gücləndirəcək və enerji ticarətində uzunmüddətli sabitliyi təmin edəcək".



OXŞAR XƏBƏRLƏR