BOEMDA-nın direktor müavini “Enerji idarəçiliyində qlobal meyllər” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edib

AZƏRBAYCAN

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova 5 noyabr tarixində İspaniyanın paytaxtı Madrid şəhərində hibrid formatda keçirilən Madrid Complutense Universitetinin Beynəlxalq İqtisadiyyat və Tədqiqatlar İnstitutu (ICEI-UCM) və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən birgə təşkil olunan “Enerji idarəçiliyində qlobal meyllər” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edib.

BOEMDA-nın məlumatına görə, sessiya zamanı Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu mövzusunda müzakirələr aparılıb.

Rəna Hümbətova sessiyada çıxışı zamanı Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və “yaşıl keçid” prosesinin təşviqi üzrə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinə toxunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, investorlar üçün şəffaf mexanizmlərin yaradılması, eləcə də regionda “yaşıl enerji dəhlizləri”nin təşəbbüsü kimi istiqamətlərin siyasətin əsas dayaqları olduğunu diqqətə çatdırıb. Həmçinin, 2027-ci ilədək həyata keçiriləcək layihələr çərçivəsində 1 milyard kubmetr təbii qaza qənaət olunması təmin ediləcəkdir.

O həmçinin bildirib ki, İspaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “üzən günəş panelləri” layihəsi Azərbaycanın enerji sahəsində innovativ yanaşmalar tətbiq etməyə verdiyi önəmin göstəricisidir. Son olaraq direktor müavini əlavə edib ki, gələcək tədqiqatlar hidrogen istehsalı, enerji saxlanması və karbon emissiyalarının azaldılması üzrə tədbirlərin genişləndirilməsinə yönələcəkdir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR